İrandan narkotik gətirilməsinin qarşısı alındı 

12:54 05.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aprelin 4-ü Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

 

Bu barədə hafta.az-a DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

 

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 16 kiloqram narkotik vasitə marixuana və 1300 ədəd Metadon M-40 psixotrop tərkibli həbləri aşkar olunaraq götürülüb.

 

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.